Öləndə baş daşının ayaq şəklində olmasını istədi - Səbəb isə... + Video

21 Avqust 2017 16:59 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, çoxlu sayda həvəskarın iştirakı ilə keçən müsabiqədə Nesti Neş adlı yarışçı qalib gəlib. O, artıq 14-cü dəfə Ayaq Barmağı Güləşi Çempionu adına layiq görülüb.

Nesti Neş bu yarış növünü çox sevdiyini deyib.

“Bu, mənim həyatımdır. Mən Cənab Ayaq Barmağı Güləşçisiyəm. Öləndə baş daşımın ayaq şəklində olmasını istəyirəm” – deyə Neş qeyd edib.

Yarışda, eyni zamanda, qadınlar və azyaşlılar arasında da rəqabət olub. Qadınlar arasında Rebekka Biç qalib gəlib.

Bəxtiyar Abbasov

AzNews.az