Prezident Göygöldə abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı yeni sərəncam imzalayıb

21 Avqust 2017 18:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə üç milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün iki milyon manat, 40 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün bir milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.