26 yaşlı oğlan özünü tövlədə asdı

22 Avqust 2017 09:37 (UTC+04:00)

"Report"un məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Elxan Fikrət oğlu Bürcəliyev yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az