Kababçı ehtiyatsızlıqdan özünü yandırdı – Video

22 Avqust 2017 10:59 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Daxili Monqolustan Muxtar Rayonunda qeydə alınan hadisə təhlükəsizlik kamerasına düşüb.

Çinli kababçı manqalı alovlandırmaq üçün odun üstünə alkoqollu içki töküb. Bu zaman qəfil şaxələnən alov kişinin bədənini bürüyüb. Hadisə nəticəsində, eyni zamanda, kişinin dostları da xəsarət alıb. Bununla belə, dostları dərhal onu söndürmək üçün köməyə qaçıblar. Kişi ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Bəxtiyar Abbasov

AzNews.az