“Opel” ilə “VAZ 2107” toqquşdu

22 Avqust 2017 11:41 (UTC+04:00)

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Opel” ilə “VAZ 2107” markalı avtomoibllərin toqquşması nəticəsində VAZ-da olan iki sərnişin, rayonun Quşçular kənd sakinləri - 1969-cu il təvəllüdlü Rahilə Rüstəmova və 1959-cu il təvəllüdlü Gültəkin Namazova müxtəlif bədən xəsarətləri alıblar. Qadınlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az