Bakı metrosunda qəribə hadisə - Maşinist yuxulu olduğu üçün...

22 Avqust 2017 12:50 (UTC+04:00)

Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər.

“Avtovağzal” stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, maşinist stansiyada müəyyən olunmuş xətti keçərək qatarın birinci vaqonunu tunelin içərisində saxlayıb.

“Sərnişinlərin düşməsi üçün maşinist dispeçerlə əlaqə saxladıqdan sonra qatarı geriyə verib”, - deyə Nəsimi Paşayev bildirdi.

Onun sözlərinə görə, həmin maşinist barəsində müvafiq tədbirlər görüləcək.

AzNews.az