1 nəfər su hovuzunda boğuldu - Bakıda

22 Avqust 2017 14:18 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Abşeron Suvarma Sistemləri İdarəsinin ərazisində 1 nəfər su hovuzunda boğularaq batıb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Təxminən, 24-27 yaşlarında olan kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:50-də başa çatıb.