Güləşçimiz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

22 Avqust 2017 17:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, güləşçimiz rusiyalı Olimpiya çempionu Roman Vlasovu, Polşa güləşçisi Edgar Babayanı və Mərakeş təmsilçisi Zied Aid Ouagramı məğlub edərək yarımfinala adlayıb. Yarımfinalda isə Belaruslu Radzik Kulieu ilə gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Bununla da Elvin Mürsəliyev bürünc medal uğrunda görüşə çıxacaq.