28 May qəsəbəsində yeni yerüstü piyada keçidi tikilir

22 Avqust 2017 19:47 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, keçid ölkə Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən inşa olunub. Avtonəqliyyat vasitələri və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilən keçidin aşırım və pilləkən hissəsi metal konstruksiyadan ibarətdir.

Yeni inşa edilən keçiddə fiziki məhdudiyyəti olanların hərəkəti üçün panduslar quraşdırılıb.