"Bu şansdan maksimum istifadə etməyə çalışacağıq" - Qurban Qurbanov

22 Avqust 2017 22:07 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, bu sözləri komandanın baş məqşçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında bildirib.

Yarımmüdafiəçi Miçel də qarşılaşma haqda danışıb:

“Kopenhagen”də hansısa futbolçunu fərqləndirməzdim, komanda halında oynayırlar. Rəqibimiz olduqca güclüdür və Çempionlar Liqasında yetərincə təcrübələri var. Təbii ki, sabah onlar da azarkeşlərinin dəstəyi ilə uğur qazanmağa çalışacaq. Amma biz inanırıq ki, sabah sərfəli nəticə qazanıb bu mərhələni keçəcəyik”.

Qeyd edək ki, sabah “Qarabağ”ımız Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında səfərdə “Kopenhagen”in qonağı olacaq.