“Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından söhbət gedə bilməz” - Deputat

23 Avqust 2017 08:50 (UTC+04:00)

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, əvvəla, Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlaması məsələsi Türkiyə rəhbərliyində öz təsdiqini tapmayıb:

"Hətta Türkiyə belə bir addım atarsa, bu, heç bir halda Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistanla Türkiyənin sərhədlərinin açılması anlamına gələ bilməz. Bu qeyri-mümkündür. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə, eyni zamanda, Milli Məclisdə çıxışı zamanı bəyan edib ki, nə qədər ki işğala son qoyulmayıb, nə qədər ki Ermənistan öz işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb, heç bir halda Türkiyə-Ermənistan sərhədləri açıla bilməz. Digər tərəfdən, Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Ona görə də Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından söhbət gedə bilməz".

Deputat bildirib ki, erməni tərəfi bu səpkili informasıyalar yaysa da, heç bir real əsası yoxdur.

AzNews.az