30 min insan üçün nikah mərasimi

17 Fevral 2013 15:37 (UTC+04:00)

Trend-in RİA Novostiyə istinadən yaydığı məlumata görə, mərasimi Mun Son Men dini hərəkatının əsasını qoymuş Xan Xak Ca təşkil edib.
3 500 cütlüyün nikaha girdiyi bu mərasim paytaxtın şimal-şərqində yerləşən Kapxyen şəhərində baş tutub.

Bununla yanaşı, başqa ölkələrdə yaşayan əlavə 24 min insan da videoəlaqə ilə nikaha daxil olublar.
Birləşmə Kilsəsinin bu cür mərasimləri sülhə olan ümidləri simvolizə edən mübarək ailə institutlarının qurulmasına hesablanıb.
Kütləvi nikah mərasimləri hələ 1960-cı illərin əvvəllərində populyar olub.
1997-ci ildə Mun Son Men Vaşinqtonda stadionda 30 min gəncin nikaha daxil olması mərasimi təşkil edib.

Birləşmə Kilsəsi bir müddət əvvəl "beyinlərin yuyulması"nda və özgə malının mənimsənilməsində ittiham olunub.

AzNews.az