“Ona qalib gələndən sonra özümü qızıl medalçı kimi görürdüm” - Bürünc medal qazanan güləşçimiz

23 Avqust 2017 10:51 (UTC+04:00)

Bu fikri AZƏRTAC-a müsahibəsində Parisdə keçirilən dünya çempionatının bürünc medalçısı Elvin Mürsəliyev söyləyib.

O bildirib ki, ikinci görüşü erməni əsilli Polşa idmançısı ilə olub və rəqibinə vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.

“Ancaq təəssüf olsun ki, yarımfinalda hakimlərin bəzi nöqsanlarına görə finala çıxa bilmədim və bürünc medal qazandım.

Ümumiyyətlə, mən çempionata medal qazanmaq üçün gəlmişdim. İstəyimə nail oldum. Qarşılaşdığım hər bir idmançı çox güclü rəqiblər idi. Çəkdiyim əziyyətin bəhrəsini görmək istəyirdim”, - deyə Elvin Mürsəliyev qeyd edib.

Bakıya qayıtdıqdan sonra məşqçilər korpusunun gələcək planları müəyyən edəcəyini diqqətə çatdıran Azərbaycanlı idmançı bildirib ki, məqsədi növbəti Avropa və dünya çempionatlarında bürünc medalı qızıl medalla əvəz etməkdir.

AzNews.az