Dünya çempionunu öldürən azərbaycanlının saxlanılması üçün mükafat təyin edildi - 14 min

23 Avqust 2017 11:42 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə idarənin saytında məlumat verilib. Məlumatda bildirilir ki, qəsdən adam öldürmə maddəsi ilə 1991-ci il təvəllüdlü Anar Allahverənov axtarışdadır. Mükafat federal axtarışa verilmiş bu şəxsin saxlanılmasına kömək edəcək informasiyaya görə veriləcək. Güc strukturu məlumat verən şəxsin kimliyinin gizli saxlanılacağına zəmanət verir.

Qeyd edək ki, avqustun 20-də azərbaycanlı döyüş ustası Anar Allahverənov ona “çuşka” dediyi üçün pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu döyərək öldürüb. Ölüm anı müşahidə kameralarında qeydə alınıb.

Dünən Sportfm.az saytının yaydığı məlumatda isə, Rusiyada pauerlifting üzrə dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənovun təslim olması barədə məlumat olub.

AzNews.az