“Azərişıq” ASC-yə məxsus avtomobili yandırdı - Həbs edildi

23 Avqust 2017 12:51 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran Regional Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan şəbəkəyə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək onu qismən yandırıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.