Avtomobilini qaldırıb ofisin damına qoydular - İcazəsiz yerdə saxladığı üçün + Video

23 Avqust 2017 16:24 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sürücü avtomobilin təhlükəsizliyinə nəzarətə görə dayanacağın sahibinə pul verməyib. Uzun mübahisədən sonra sürücü avtomobili dayanacağın qarşısında saxlayaraq çıxıb gedib. Bir qədər sonra dayanacaq sahibi kran gətizdirib və avtomobili qaldıraraq ofisin damına qoyub.

Məlumata görə, daha sonra avtomobil ofisin damından aşağı salınıb.

Bəxtiyar Abbasov

AzNews.az