Hotel aviazərbələrə məruz qaldı – 60 nəfər öldü

23 Avqust 2017 17:16 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, aviazərbələr nəticəsində azı 60 nəfər ölüb.

Aviazərbələr Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən icra olunub. Məlumata görə, aviazərbələrin əsas hədəfi husi üsyançıları olub. Əməliyyatlar zamanı husi üsyançılarının nəzarəti altında olan nəzarət-buraxılış məntəqəsi də hədəfə alınıb.

Rəsmilər ölü sayının arta biləcəyini bildiriblər.

Qeyd edək ki, 2015-ci ilin mart ayından etibarən Yəməndə husi üsyançıları hökumətə qarşı mübarizəyə başlayıblar.

Bəxtiyar Abbasov

AzNews.az