"Qarabağ" tarixində ilk dəfə ÇL-da qrupda (Video)

24 Avqust 2017 00:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Bakıda keçən ilk oyunda rəqibinə minimal hesabla qalib gələn "Qarabağ" səfərdə də fərqlənməyi bacarıb. Oyunun 63-cü dəqiqəsində Ansi Aqollinin ötürməsini Dino Ndlov qola çevirdi.

Səfərdə 2-1 hesabı ilə məğlub olsa da, ümumi hesabda öndə olan "Qarabağ" həm klub, həm də Azərbaycan futbolu tarixində ilkə imza ataraq, Çempionlar Liqasının qrup mərhələsinə adlamağı bacardı.