“Qardaş tarix yazdı” - “Qarabağ”ın qələbəsi Türkiyə mediyasında

24 Avqust 2017 10:06 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, “Hüriyyet”, “Cnnturk”, “Ntvspor”, “Haber7”, “Habertürk” kimi mətbuat orqanları Ağdam futbol klubunun tarix yazdığını bildirib. Sözügedən mətbuat orqanlarında komandamızın qələbəsi “Qarabağ”ın tarixi qələbəsi “Qardaş tarix yazdı”, “Azərbaycan komandasından böyük nailiyyət”, “Azərbaycan möcüzəsi”, “Azərbaycan komandası “Qarabağ” bir ilki bacardı” kimi başlıqlar altında yayımlanıb.

Bəxtiyar Abbasov

AzNews.az