Mərkəzi Neftçilər Xəstəxanasında pulsuz müayinələr keçirilir - Fotolar

26 Avqust 2017 13:50 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, saat 9:00-da başlayan müayinələr kardioloji, uroloji xəstəliklər, ümumi terapiya, ümumi cərrahiyyə, nevrologiya, ginekologiya, oftalmologiya və digər sahələri əhatə edir.

Xəstəxananın yüksəkixtisaslı həkim kollektivi tərəfindən Bakı şəhəri və respublikanın regionlarından olan sakinlər ödənişsiz müayinələrdən keçirilir və nəticələrdən asılı olaraq müalicələr təyin olunur.

Mərkəzi Neftçilər Xəstəxanasının kardioloji poliklinika şöbəsində ümumi müayinələr avqustun 26-da saat 16:00-dək aparılacaq, uşaqların müayinəsi isə 3 gün davam edəcək.

Xatırladaq ki, Regional İnkişaf İctimai Birliyi Səhiyyə Nazirliyi ilə birlikdə Bakı şəhərində və regionlarda mütəmadi olaraq müxtəlif sahələr üzrə ödənişsiz tibbi aksiyalar təşkil edir.

AzNews.az