Xamneyinin fitvası Amerikanı “silkələdi“

18 Fevral 2013 10:21 (UTC+04:00)


İranın dini lideri Ayətullah Xamneyinin atom bombasının haram olması barədə səsləndirdiyi fikirlər ABŞ-ı hərəkətə keçirib. Belə ki, Amerika BMT-yə müraciət edərək Ayətulah Xamneyinin fitvasının rəsmi sənəd kimi qəbul edilməsinə çağıracaq. Bu barədə məlumatı İsrailin "Debka" saytı yayıb.

Məlumata görə, İranın ali dini rəhbərinin çıxışından istifadə etmək niyyətində olan Amerika bu fitvanın BMT tərəfindən dəstəklənməsi və beləliklə də İrana atom bombası hazırlanması üçün yasaq qoyulması kimi nəticəyə nail olmağa çalışır.

Ancaq İsrail tərəfinin Amerikanın bu addımına münasibətinin mənfi olduğu da vurğulanır.

Alpər
AzNews.az