Müsabiqənin müsahibə mərhələsi başa çatdı

26 Avqust 2017 18:13 (UTC+04:00)

Təhsil Nazirliyindən AzNews.az-a bildiriblər ki, bu mərhələdə müəllimlərin psixoloji durumu, ümumi dünyagörüşü yoxlanılıb.

Xatırladaq ki, müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə dörd mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.