Avtobus sürücüsü adam öldürdü və qaçdı
18 Fevral 2013 10:34 (UTC+04:00)
Bakıda marşrut avtobusu ağır yol qəzası törədib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, "İSUZİ " markalı 188 saylı xətt avtobusu yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Şərqiyyə Quliyevi vurub. Piyada hadisə yerində ölüb. Avtobusun sürücüsü hadisə yerindən qaçıb.
AzNews.az