Messi 300-cü qolunu vurdu - VİDEO

18 Fevral 2013 10:57 (UTC+04:00)


Rekord qol İspaniya çempionatında "Qranada" ilə oyunun 50-ci dəqiqəsində vurulub.

Daha sonra 73-cü dəqiqədə ulduz futbolçu ikinci qolunu vuraraq "Barselona"da qollarının sayını 301-ə çatdırıb. Oyun 2:1 hesabıyla kataloniyalıların xeyrinə başa çatıb.

Xatırladaq ki, bu, Messinin bu mövsümdə 37-ci qoludur və futbolçu "Qızıl top"-un dördqat qalibidir.




AzNews.az