Roland Kobia Ermənistan və Azərbaycana məsləhət verdi

18 Fevral 2013 10:58 (UTC+04:00)


Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəfləri beynəlxalq hüquqa və prinsiplərə hörmət etməyə çağırır.

APA-nın xəbərinə görə, ermənilər tərəfindən Azərbaycanın işğal altındakı ərazisində yerləşən Xocalı aeroportunun açılması cəhdlərinə münasibət bildirən AB-nin Azərbaycandakı səfiri Roland Kobia jurnalistlərə açıqlamasında deyib ki, hər kəs gərginliyin artmasına yönəlmiş addımlardan çəkinməlidir: "Bütün tərəfləri beynəlxalq hüquqa və prinsiplərə hörmət etməyə çağırırıq. Təbii ki, Avropa Birliyi münaqişənin sülh yolu ilə həllində israrlıdır".

AzNews.az