DİM-dən xəbərdarlıq Qeydiyyat başa çatır

30 Avqust 2017 10:49 (UTC+04:00)

DİM-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, abituriyentlər avqustun 31-i saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Avqustun 30-u saat 10:00-a olan məlumata əsasən qəbul olan abituriyentlərdən 76%-i artıq qeydiyyatdan keçib.

Xatırladaq ki, qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.