Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb

30 Avqust 2017 10:57 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.

Onun sözlərinə görə, hazırda səfərin yeni tarixinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.

Eyni zamanda, səfir bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü əvvəlcədən məlumat verildiyi kimi, sentyabrın 5-6-da keçiriləcək.

Qeyd edək ki, R.T.Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirak etmək üçün Azərbaycana sentybarın 10-11-də gələcəyi planlaşdırılırdı.

AzNews.az