Azərbaycan rusların biznes üçün gəldiyi ölkələrin siyahısında ilk beşlikdə

30 Avqust 2017 18:08 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, Azərbaycan rusiyalıların yaxın xarici ölkələr arasında biznes məqsədilə ən çox səfər etdiyi 5 ölkə siyahısına daxil edilib.

Tədqiqatın nəticələrinə görə, 2017-ci ildə rusiyalılar biznes səfərləri üçün Qazaxıstan, Özbəkistan, Gürcüstan, Belarus və Azərbaycanı seçiblər. Son bir neçə il ərzində Gürcüstan ilk dəfə olaraq üçlüyə daxil olub. Rusiyadan bu ölkəyə biznes-uçuşların sayı 2,5 dəfə artıb.

Ukrayna siyahıda 6-cı mövqeyə enib. İki ölkə arasında birbaşa aviauçuşlar ləğv edildiyindən Rusiya iş adamlarının 70 faizi Belarusdan, 17 faizi Azərbaycandan, 4 faizi Latviyadan tranzit yolla Ukraynaya gedir.

Qeyd edək ki, “Aeroklub” şirkətlər qrupu korporativ müştərilər üçün işgüzar səfərlər və tədbirlər təşkil edir. Şirkətin Moskva, Sankt-Peterburq və Vladivostokda ofisləri var.