Cüdoçumuz dünya çempionatında gümüş medal qazandı - Yenilənib

30 Avqust 2017 20:07 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 73 kq çəki dərəcəsinə mübarizə aparan Rüstəm Orucov dünya çempionatının finalında yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşıb.

Oyun bərabər səviyyədə keçsə də, yapon idmançı ən sonda təmsilçimizdən güclü olduğunu göstərib. Orucov "qızıl xal"la uduzaraq gümüş medalla kifayətlənməli olub.

***

AzNews.az xəbər verir ki, 73 kq çəki dərəcəsinə mübarizə aparan Rüstəm Orucov dünya çempionatının yarımfinalında koreyalı idmançı Çanqrim Anı ipponla məğlub edib.

26 yaşlı cüdoçu finalda yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşacaq.