"Qarabağ" UEFA-ya müraciət etdi - azarkeşlərə şad xəbər

30 Avqust 2017 21:39 (UTC+04:00)

AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün UEFA tərəfindən "Qarabağ"ın sorğusuna cavab gəlib. Qitənin ali futbol qurumu komandanın bu müraciətini təsdiqləyib.

"Qarabağ" sentyabr ayının 27-də Çempionlar Liqasının II turu çərçivəsində "Roma"nı Bakı Olimpiya Stadionunda qəbul edəcək. Matç Bakı vaxtı ilə 20:00-da keçiriləcək.