Rusiyada ən varlı ailənin adı məlum oldu - 9.91 milyard dollarlıq sərvət

30 Avqust 2017 21:51 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, reytinqin lideri üçüncü dəfə Qutseriyevlər olub. Bu ailənin varidatı 9.91 milyard dollar təşkil edir. Jurnalın hesablamalarına görə, "Safmar" şirkətlər qrupunun rəhbəri Mixail Qutseriyevin oğlu Səidin varidatı 770 milyon dollar, ailənin digər üzvlərindən Bilan Uxajovun sərvəti isə 40 milyon dollara çatıb.

Siyahının ikincisi ümumi varidatı 4.2 milyard dollar olan Rotenberq ailəsidir. İlk üçlüyü isə Ananyev qardaşları bağlayır. Onların 2,7 milyard dollar sərvəti var.