Bu gün son gündür - Qeydiyyat başa çatır

31 Avqust 2017 09:40 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, abituriyentlər avqustun 31-i saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Mərkəzdən bildirilib ki, qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.