“Müasir mövzuları qabartmaq lazımdır”

18 Fevral 2013 13:18 (UTC+04:00)


"Teatr üçün dram əsəri yazanda müasir mövzuları qabartmaq lazımdır. Bu gün cəmiyyətin tələbi də budur. Müasirlikdən bəhs edən mövzular tamaşaçıları daha çox maraqlandırır".
Bunu AzNews.az-a açıqlamasında dramaturq Əli Əmirli bildirdi.

Onun sözlərinə görə, sentyabrda Gənc Tamaşaçılar Teatrının səhnəsində olacaq "Hasarın o üzü" pyesi də müasir dövrdən bəhs edir:

"Bu 4 nəfərlik pyesdir. Dövlət sifarişi ilə teatrın planına salınıb. Tamaşaya teatrın baş rejissoru Bəhram Osmanov quruluş verəcək".

Bahar Rüstəmli
AzNews.az