Sumqayıtda “online“ qumarxana

18 Fevral 2013 13:19 (UTC+04:00)


Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H. Z. Tağıyev qəsəbəsi ərazisindəki internet klubların birində, qəsəbə sakini Alı Rəsulovun "online" sistemi ilə kazino-qumarxana təşkil etməsi müəyyən edilib.

Oraya baxış zamanı 2 kompyuter dəsti aşkar olunaraq götürülüb.