Ermənistanda seçici seçki bülletenini yeyib

18 Fevral 2013 13:54 (UTC+04:00)
Ermənistanda seçicilərdən biri seçki bülletenini yeyib. APA-nın "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, insident paytaxtdakı 2/8 saylı məntəqədə baş verib.

Seçicilərdən biri bülleteni götürüb səsvermə kabininə yönəldikdən sonra "Rejimə son!", "Tiqran Arakelyana azadlıq!" qışqırıb. O, bülleteni zərfdən çıxararaq parçalayıb və yeyib. Həmin vaxt Britaniya səfirinin müavini də məntəqədə olub.

AzNews.az