İnsanları dinozavrların aqibəti gözləyir

18 Fevral 2013 16:22 (UTC+04:00)


"Yer tez və ya gec bütün canlıları məhv edəcək asteroidlə toqquşacaq. Bu asteroid 65 milyon il bundan əvvəl dinozavrları məhv edən asteroidə bənzəyəcək". Bu barədə Şimali Korolina Universitetinin mütəxəssisi Bill Makquayr bildirib.

"The Times" yazır ki, Çelyabinskdə meteorit partlayışını şərh edən mütəxəssis meteor yağışından xəsarət alan rusiyalıların tarixə düşəcəyini vurğulayıb: "İlk dəfə tarixdə meteor yağışından bu qədər insan xəsarət alıb. Bu hadisə 1908-ci ildə baş verən Tanqus meteoritini xatırladır".

Makquayr Yer atmosferinin insanlığı kənar təhlükələrdən qorumağa qadir olmadığını deyib. Amerikalı mütəxəssis asteroidin Yerlə toqquşmasının gec və ya tez baş verəcəyini iddia edib.

Elnarə
Aznews.az