Qolu qandallı qadın polis maşınını qaçırdı Video

7 Sentyabr 2017 15:20 (UTC+04:00)

AzNews.az-in xarici mətbuata istinadən verdiyi məlumata görə, maşını qaçıran qadının qolu qandallı olub. Xidməti avtomobilə əyləşdirilən şübhəli əvvəlcə qolundakı qandalı açıb. Daha sonra polis maşının sükanı arxasına keçərək onu qaçırıb. Şübhəli qadını bir müddət sonra polislər yaxalayıb. Lakin bu hadisə Amerika polisinin təhlükəsizlik tədbirlərinə yenidən baxılmasına rəvac verib.

Lalə Nurəddinqızı

AzNews.az