Azərbaycanlı iştirakçının Rusiya televiziyasında uğurlu çıxışı - Video

10 Sentyabr 2017 11:31 (UTC+04:00)

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, müsabiqənin birinci turunda Abbasqulu Səəfrov “Məzəli” rəqsini ifa edib.

Bütün münsiflər — xoreoqraf və rejissor Yeqor Drujinin, balerina və Böyük teatrın solisti Kristina Kretova, xoreoqraf Yevgeni Papunaişvili və aktrisa Anastasiya Zavorotnyuk yaşıl işığa basaraq Abbasquluya ikinci turda da öz istedadını göstərmək imkanı veriblər.

Azərbaycanı bu genişmiqyaslı layihədə həmçinin Sevda Fətullayeva və İlkin Hüseynov-Sevinc Behbudova rəqs cütlüyü təmsil edir.