Dağlıq Qarabağ məsələsində Rusiya siyasəti

19 Fevral 2013 10:00 (UTC+04:00)


Bu barədə Rusiya XİN-in rəsmi saytı məlumat verir.
Məlumatda deyilir ki, Rusiya Federasiyasının xarici siyasətinin konsepsiyası 2013-cü il fevralın 12-də Prezident Vladimir Putin tərəfindən təsdiqlənib.
Sənəddə RF-nin xarici siyasət fəaliyyətinin baza prinsipləri üzrə baxışlar sistemi, prioritet istiqamətləri, hədəf və vəzifələri təqdim olunub.
Habelə konsepsiyada deyilir ki, Rusiya MDB məkanında münaqişələrin siyasi-diplomatik yolla nizamlanmasında, Dağlı Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun digər üzvü olan həmsədr dövlətlərlə qarşılıqlı fəaliyyətdə və Ruisya, ABŞ və Fransa prezidentlərinin 2009-2011-ci illərdə verdikləri birgə bəyanatlarda irəli sürülən əsas prinsiplər əsasında nizamlanmasında iştirakını davam etdirdəcək.

AzNews.az