Snup Doqun 20 yaşlı oğlu dünya podiumlarını fəth edir - Foto

12 Sentyabr 2017 18:09 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Kordell özünü model kimi sınayır. Qısa müddətdə o, Dolce & Gabbana, Philipp Plein kimi məşhur brendlərlə çalışıb. Bununla yanaşı atasının yaratdığı Joyrich geyim markasının kreativ direktorudur.

O, hazırda Kaliforniya universitetində rejissorluq fakultəsində təhsil alır. Gələcəkdə onun iştirakı ilə çəkiləcək filmlərə prodüserlik etməyi, Vyetnam müharibəsi veteranı olan babası haqqında film çəkməyi də planlaşdırır.