Yeznə baldızını bıçaqladı

12 Sentyabr 2017 09:34 (UTC+04:00)

"Report" xəbər verir ki, Maştağa qəsəbəsində yaşayan 50 yaşlı Yeganə Yəhyabala qızı İbrahimova bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Yaralı dərhal əməliyyat olunub. Həkimlər sinə nahiyəsindən bıçaqlanan Yeganə İbrahimovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Xəstəxandan hadisə barədə 14-cü Polis bölməsinə məlumat verilib. Polis əməkdaşları dərhal araşdırmalara başlayıblar.

Zərərçəkmiş ilkin istintaq zamanı bacısının həyat yoldaşı tərəfindən aralarında düşən mübahisə zamanı bıçaqlandığını bildirib. Polis əməkdaşları həmin şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

AzNews.az