Aygün Kazımovanın milyonluq layihəsi - Foto

12 Sentyabr 2017 12:25 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, mətbuat konfransında xalq artisti ilə yanaşı Fransadan dəvət edilmiş , Michael Jackson, Diana Ross kimi dünya ulduzları ilə işləmiş rejissor-xoreograf Redha Benteifour, "Rast" qrupunun rəhbəri Rəşad Haşımov, konsertin PR meneceri Aynur Hüseynova da iştirak edib. Aygün Kazımova konsertə çox ciddi hazırlaşdığını deyib:

"Konsert üçün 8 ay boyunca ağır fiziki məşqlər davam edib. Biz 24 saat öz üzərimizdə işləmişik. Konsertə geyinəcəyim geyimlər, makiyaj diqqətlə seçilib".

Konsert üçün külli miqdarda vəsait xərcləndiyini açıqlayan xalq artisti onu sevənlərə milyonluq layihə təqdim edəcəyini açıqlayıb. O, həmçinin konsertdə repertuarının ən məşhur mahnılarını Rəşad Haşımovla birgə hazırladığı yeni aranjemanla təqdim edəcəyini bildirib.

Konsert Christal Hall-da sentyabrın 22-də baş tutacaq.

Fəridə Abullayeva

AzNews.az