Mobil kiberhücumların həcmi 40 faiz yüksəlib

12 Sentyabr 2017 18:29 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, “Avast” antivirus istehsalçısının məlumatına görə, cari ilin aprel-iyun aylarında mobil qurğu istifadəçilərinə edilmiş haker hücumlarının orta həcmi 1,7 milyonadək artıb. Ötən ilin ikinci rübündə bu göstərici 1,2 milyona bərabər olub.

“Avast” şirkətinin əməkdaşları 788 müxtəlif virus aşkar ediblər ki, bu da ötən illə müqayisədə 22,2 faiz çoxdur. Şirkət, həmçinin zərərverici proqramların ən geniş yayılmış növlərini açıqlayıb.

Cari ilin ikinci rübündə mobil kiberhücumların təxminən 22,8 faizi ruterlərin (qurğu üzərində tam nəzarəti ələ keçirmə) köməyi ilə həyata keçirilib.

Həmçinin sosial mühəndislik mexanizmlərindən istifadə edən proqramların payı 22,8 faiz təşkil edir. Belə ki, qurbanlar aldadılaraq onların cihazına zərərverici proqramlar qurulur.