“6-cı sinifə kimi oxumuşam” - Ronaldo vergidən yayınmasından danışdı

13 Sentyabr 2017 11:00 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 30 miyon manat dəyərində vergidən yayınması ilə ittiham olunan futbolçunun İspaniya Yerli Mahkəməsinə verdiyi ifadə yayımlanıb. Portuqaliya mətbuatında yayılan məlumata görə, 32 yaşlı futbolçu "İngiltərədə belə problemlər yaşamamışam. İttihamları anlaya bilmirəm. Bu prosesin başlanğıcında İngiltərəyə qayıtmağı çox düşündüm"- deyə bildirib

"Lazım olan nədirsə onu edəcəyəm"

Məhkəmədə verdiyi ifadəsində bütün bunlarda özünü günahkar bilməyən Ronaldo özünün haqlı olduğunu bildirib: “Ətrafımda maliyyə işlərimi həlleden bacarıqlı insanlara sahibəm, çünki mənim o cəhətdən savadım yoxdur. Sadəcə 6-cı sinifə kimi oxumuşam və bildiyim ancaq futbol oynamaq olub. Əgər daha çox ödəniş etməyim lazımdırsa, problem yaşamamaq üçün İspaniyaya ödəniş edəcəm. Qanunlar nə deyirsə onu edəcəm”.