AŞ PA həmməruzəçiləri Mehman Əliyevin həbsdən buraxılmasını alqışlayıb

13 Sentyabr 2017 18:21 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, AŞPA həmməruzəçiləri bildiriblər ki, M.Əliyevin azad olunması müsbət bir addımdır.

Qeyd edək ki, Mehman Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.