Moskvadakı sərgidə Azərbaycan stendini 1000-dən çox şirkət nümayəndəsi ziyarət edib

13 Sentyabr 2017 19:19 (UTC+04:00)

AzNews.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “Made in Azerbaijan” vahid ölkə stendini ziyarət edən xarici şirkət nümayəndələri yerli məhsullarımız, onların istehsal və hazırlanma texnologiyası, ixrac imkanları ilə maraqlanıb, əməkdaşlığa dair müzakirələr aparıblar.

Qeyd edək ki, Azərbaycanın eksklüziv partnyor olduğu “Worldfood Moscow” sərgisində ölkəmizin 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar nümayiş olunur.