Gürcüstanın Azərbaycana dövlət borcu azalıb

13 Sentyabr 2017 19:44 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Gürcüstanın xarici dövlət borcu və dövlət zəmanətilə alınan kreditlərin həcmi 2017-ci il 31 avqust tarixinə 4,946 mlrd. dollar təşkil edib.

Gürcüstanın Almaniyaya dövlət borcu 289 mln. dollar, Yaponiyaya 210 mln. dollar, Fransaya təxminən 132 mln. dollar təşkil edib. Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana dövlət borcu müvafiq olaraq 17,2 mln. dollar, 72,5 mln. dollar və 10,3 mln. dollardır.