Bakıda beynəlxalq caz festivalı keçiriləcək

13 Sentyabr 2017 19:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fransa səfirliyinin verdiyi məlumata görə, festival Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycandakı Fransız İnstitutunun təşkilatçılığı ilə keçiriləcək. Festival oktyabrın 25-də "Elektra Events Hall"da baş tutacaq.

Festival çərçivəsində fransız akkordeon ifaçısı Rişar Qalyanonun eksklüziv konserti təşkil olunacaq. İfaçını Yalçın Adıgözəlovun rəhbərliyi altında Bakı Simfonik Orkestrı müşaiət edəcək.