Etibar Məmmədov Müsavat başqanının evindəki yoxlamaları normal sayır

19 Fevral 2013 12:51 (UTC+04:00)
"Bu məsələlər qanunvericilikdə necə nəzərdə tutulubsa o formada da icra olunmalıdır. Yəni, cərimənin ödənilməsi üçün şəxsi əmlakdan istifadə oluna bilər. Indi, bu asılıdır, Turqut Qəmbərin şəxsi əmlakının olub-olmamasından".

Bunu AzNews.az-a AMİP lideri Etibar Məmmədov Müsavat Partiyasının başqanı İsa Qəmbərin evinə məhkəmə icraçılarının gəlməsi barədə sualı cavablandırarkən deyib: "Qanunvericilkdə yalnız şəxsi əmlak müsadirə oluna bilir ki, o da məhkəmənin qərarı ilə icra oluna bilər".

"Bəs bir siyasi liderin evinə belə icraçıların bu formada gəlməsini və əşyaları siyahıya almasını normal hesab edirsinizmi"-sualına o, "İndi məqbul, qeyri-məqbul vaxtı deyil, hər şey baş verir"-deyə cavablandırıb.

Gültəkin
AzNews.az