Afaq Bəşirqızı işə çıxır: “Səhhətim əladır”
19 Fevral 2013 12:59 (UTC+04:00)
Xalq artisti, səhnəmizin gülüş ustası Afaq Bəşirqızı uzun zamandan sonra Musiqili Komediya Teatrına qayıdıb.
Bu barədə AzNews.az-a məlumat verən aktrisa yaxın vaxtlarda səhnəyə çıxacağını dedi:
"Səhhətim əladır, artıq səhnədəyəm. Amma hələ tamaşalara çıxmıram, hazırlaşıram."
Musiqili Komediya Teatrının direktor müavini Elxan Ocaqov Afaq xanımın işə çıxmasını təsdiqlədi: "Afaq xanım işə çıxır. Özünü yaxşı hiss edir. Amma hələ tamaşalarda oynamır. Həkim nə vaxt icazə versə, ondan sonra çıxacaq".
Bahar Rüstəmli
AzNews.az